22 yaşlı qız: "Gözümlə bağlı sual verməyin!" - FOTO

22 yaşlı qız:

"Sağ gözümdə anormal heç nə yoxdu. Lütfən, "Gözünə nə olub?!" suallarını verməyin. Əvvəla, bu sual çox mədəniyyətsiz və tərbiyəsizdi. İkincisi də, lənətə gəlsin, bu sual, ümumiyyətlə, verilməməlidi. Gözümə heç nə olmayıb. Bəbəyimdə xal var, vəssəlam. Bunu demək istəyirdim".

Week.az Yahoo-ya istinadən bildirir ki, İnstagram-ın məşhur simalarından biri, 22 yaşlı amerikalı bloqer Sonya Lesli onun sağ gözünün "anormal və xəstə" olmasını iddia edənlərə çox sərt cavab verib.

O, iri planda çəkdiyi selfi fotosunu da paylaşıb və "Bundan sonra gözümlə bağlı sual verməyin!" yazıb.

 

 

 

 

 




Xəbər lenti