Загрузка...

Azərbaycanda uşaqbaz kişilərə qarşı müdhiş cəza gözlənilir - KİMYƏVİ AXTALATMA...

Azərbaycanda uşaqbaz kişilərə qarşı müdhiş cəza gözlənilir - KİMYƏVİ AXTALATMA...
Deputat: "Uşaqlara qarşı zorakılıq edən əclaflar sərt cəzalandırılmalıdır...”
 
Pedofiliya (uşaqbazlıq) - müasir cəmiyyətin qlobal problemidir və  o, gündən-günə daha ciddi xarakter almaqdadır. Azərbaycanda yetkinlik yaşına çatmayanlara qarşı zorakılıq halları barədə rəsmi statistika olmasa da,  kriminal cinayətlərin hesabatı göstərir ki, artıq uşaqbazlıq   ölkəmiz üçün heç də  nadir rast gəlinən cinayət deyil.

Bu məsələdə ləngimənin mümkün olmadığı açıq-aşkar göründüyündən Milli Məclisdə pedofiliya ilə mübarizə aparmaq üçün qanunvericilikdə dəyişikliklərə başlamaq haqda qərar verilib.  Təklif olunan  tədbirlər arasında  kastrasiyanın(axtalanma) da tətbiqi nəzərdə tutulub.  

Week.az xəbər verir ki, bu barədə deputat Fazil Mustafa haqqin.z-a bildirib:

”Təəssüf ki, son vaxtlar, ölkəmizdə uşaqlar üzərində zorakılıq  halları  daha tez-tez baş verir. Odur ki,  bu cinayətə görə cəzaları sərtləşdirmək lazımdır. Mən qanunverici təşəbbüslər paketi ilə çıxış etmək niyyətindəyəm. Təkliflərim arasında  azyaşlılara qarşı  cinsi zorakılıq törədən şəxslərə qarşı kimyəvi kastrasiya cəzasının tətbiqi də nəzərdə tutulub. Artıq uşaqlara qarşı törətdikləri alçaqlıqlara görə pedofillər, bəkarət pozucuları və digər əclaflar qanun qarşısında sərt şəkildə cavab verməlidirlər”.  
Son vaxtlar uşaqlara qarşı zorakılıq və ölümlə nəticələnən cinayətlərAzərbaycanı sarsıtmaqdadır.Bir neçə gün öncə  belə bir iyrənc əməl   Naxçıvanda törədilib. Ordudan yeni tərxis olunmuş  23 yaşlı  oğlan sərxoş halda   4 yaşlı qız uşağına  təcavüz edib.Qəzəblənmişhəmkəndliləri onu tutub döyərək  cinsiyyət orqanlarını şikəst hala salıblar. Lakin belə linç- özündən məhkəmə aktları  problemi, çətin ki, həll etsin.

 

 

Bundan cəmi bir neçə gün sonra isə Bakıda polis kapitanı Tahir Tahirli 8 yaşlı uşağı pedofilin əlindən zorla alıb.
Bu şərlə mübarizənin gücləndirilməsi üçün, bizim qanunvericilər xarici təcrübədən  də istifadə edə bilərlər. Məsələn,ABŞ-da "Megan Qanunu”na görə(pedofil-residivist tərəfindən zorlanaraq öldürülmüş Megan Kanka adlı 7 yaşlı uşağın ismi ilə bağlıdır)  cinsi zorakılıq  cinayətləri törətmiş  amerikalı məhkumlar ümummilli siyahıya daxil edilərək yaşayış   yeri üzrə qeydiyyata alınırlar. Bir sıra ekspertlər ABŞ-ın birçox ştatlarında tətbiq edilən kimyəvi axtalatma tədbiri ilə də razıdırlar.

 

 

Fransada isə  2005-ci ildən pedofillərə və digər cinsi zorakılığa meyilli şəxslərə cinsi fəallığı azaldan xüsusi kimyəvi preparat verilir. Nəticədə bu cür cinayətlərin sayı xeyli azalmışdır.

İldə könüllü olaraq 6-ya yaxın təcavüzkarın axtalanmaya məruz qaldığı  Almaniyada  rəqəmlər göstərir ki, əgər azadlığa buraxılmış adi pedofillər arasında  yenidən eyni cinayəti törətmək şansı 84% təşkil edirsə, kastrasiyadan sonra təcavüzkarların cəmi 3 faizi təkrar oxşar əməl törədir. Bir müddət öncə qonşu Qazaxıstanda da  uşaqbazlara qarşı  kimyəvi axtalatma qanuniləşdirilmişdir..Ümumiyyətlə, beynəlxalq araşdırmalara görə,kimyəvi kastrasiya tətbiq edilən  ölkələrdə uşaqlara qarşı cinsi cinayətlərin sayı 50% azalıb.
Belə bir tədbiri  şərh edən Psixi Sağlamlıq Mərkəzinin direktoru Rüstəm Salayev pedofillərin çox zaman şüurlu olaraq özlərini  xəstə və ya qüsurlu saymadıqlarını qeyd edib. "Düşünürəm ki, axtalatma, o qədər himanist olmasa da, haqq verilən cəza tədbiridir.  Lakin  bunu konkret kimlərə təbiq etməyi aydın şəkildə müəyyən etmək çox vacibdir. Burada cinayət meyillərinin müəyyən edilməsi üçün incə mexanizm lazımdır. Xarici təcrübəni tətbiq etməzdən öncə həmin üsulun bu növ cinayətlərinazalmasına harada və necə  səmərəli kömək etdiyini dəqiq aydınlaşdırmaq  lazımdır ", - deyə psixiatr vurğulayıb.
Görünür, ekspert haqlıdır, çünki  bütün dünyada axtalatma üsulunun yayılmasına baxmayaraq onun nəticələrinin effektivliyi haqda  birmənalı danışmaq olmaz. Doğrudur, statistika  cinsi cinayətlərin azaldığını göstərir. Lakin rəqəmlər hər yerdə fərqlidir; bəzi  yerlərdə əhəmiyyətli  dərəcədə azalıb, başqa yerlərdə isə yalnız bir qədər. Bu səbəbdən də bəzi ölkələr öz qərarlarını kimyəvi axtalatmanın mütləq zəmanət verməməsi ilə izah edərək onun tətbiqindən imtina ediblər.

Sultan Laçın

loading...
Загрузка...

Xəbər lenti