Bakı metrosunda TƏLAŞ: Bu oğlan sərnişinləri QORXUYA SALDI - FOTOLAR

Bakı metrosunda TƏLAŞ: Bu oğlan sərnişinləri QORXUYA SALDI - FOTOLAR
Week.az xəbər verir ki, bir gənc səhər saatlarında metronun "Koroğlu" stansiyasına dini bayraqla daxil olub. 

Dini bayraqların asılması və daşınması qadağan olunsa da, gəncin metroya dini bayraqla daxil olmasına polis tərəfindən heç bir müdaxilə edilməyib. 

Məsələ ilə bağlı BiG.Az-a açıqlama verən Polisə Dəstək İctimai Birliyinin rəhbəri Şəmsəddin Əliyev həmin şəxsin polis tərəfindən saxlanılmalı olduğunu və kimliyinin araşdırılmalı olduğunu bildirib:

"Hər bir halda polis onu dərhal saxlamalı idi. Həmin bayrağın hansısa bir təbliğat xarakteri daşıyıb daşımaması araşdırılmalı idi. Həmçinin həmin şəxsin kimliyi də müəyyənləşməli və onun təhlükəsiz olub-olmadığı yerindəcə araşdırılmalı idi. Həmin bayraq İŞİD terrorçularına məxsus bayraq da ola bilər və üzərində hansısa bir dini kəsimi hiddətləndirə biləcək, hər hansısa bir dini kəsimi təxribata çəkə biləcək bir bayraq da ola bilər. Ona görə də dərhal araşdırılmalı idi. O, yaxınlıqdakı polis məntəqəsinə aparılmalı və kimliyi araşdırılmalı idi. Bəlkə də bu dini radikalizmin bu formada təbliğidir? Hər cür ehtimallar keçərli olduğu üçün mütləq şəkildə araşdırılmalıdır".

Rövşən Əsədov

 

 


Xəbər lenti