Bir həftənin gəlini faciəvi şəkildə öldü: əri hamamın qapısını açanda ... - FOTO

Bir həftənin gəlini faciəvi şəkildə öldü: əri hamamın qapısını açanda ... - FOTO

Manisa şəhərinin Turqutlu rayonunda yaşadığı evin hamamında huşsuz halda tapılan 1 həftənin gəlini, çatdırıldığı xəstəxanada həyatını itirib.

Week.az Milli.Az-a istinadən xəbər verir ki, 1 həftə imiş ailə həyatı quran Beste P. (17) duşa girib. Gənc qadından xəbər ala bilməyən həyat yoldaşı və anası evə gəldiklərində gördüklərindən şok olublar. Besteni hamamda hərəkətsiz vəziyyətdə görən qayınanası və həyat yoldaşı təcili yardım çağırıb. Hadisə yerinə gələn tibb işçiləri gəlini dərhal xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb.

İstintaq qrupu Beste P.-ni elektrik cərəyanının vurduğunu ehtimal edirlər.

 

Hadisəylə əlaqədar prokurorluq istintaqa başlayıb.

Məhəmməd Vaqif

 

 



Xəbər lenti